...

Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2020 13:14 (UTC +04:00)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub

Bakı. Fidan Babayeva - Trend:

Dekabrın 11-də Rusiyanın Ufa şəhərində “İxrac vaxtıdır” adlı beynəlxalq ixrac forumu keçiriləcək.

Trend bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, builki forum dekabrın 8-dən 11-dək davam edəcək Beynəlxalq biznes həftəsinin tərkib hissəsi olacaq:

“Rusiyalı tərəfdaşlarla birbaşa təmasların qurulmasında maraqlı olan Azərbaycan müəssisələri forumda onlayn formatda iştiraka dəvətlidir”.

Müzakirə olunan məsələlər arasında xarici bazarlara çıxış imkanları, ixrac üçün IT xidmətlərin təşviq olunması, ixrac fəaliyyətinin yeni alətlərinin müzakirələri yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti