...

Türkiyədən Azərbaycana polad ixracı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2020 13:04 (UTC +04:00)
Türkiyədən Azərbaycana polad ixracı azalıb

Bakı. Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 90,172 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Noyabr ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin noyabrı ilə müqayisədə 6,9 faiz azalıb və 9,92 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz azalıb və 11,312 milyard dollara bərabər olub.

2020-ci ilin yanvar-noyabr aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,5 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (noyabr 2019 - noyabr 2020) Türkiyənin polad ixracı 12,42 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti