...

Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2021 12:04 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsini araşdırır.

Bu barədə Trend-ə Agentlikdən bildiriblər.

Məlumata əsasən, 5-14 yanvar tarixlərində Qazaxıstana qəhvəyi meyvə qırışı virusu daşıyan pomidorların ixrac olunması barədə 17 bildiriş daxil olub:

"Hazırda bu istiqamətdə Qazaxıstanın müvafiq qurumları ilə araşdırmalar aparılır".

Qeyd edək ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan pomidor idxalını dayandırdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti