...

Əlil şəxslər və gənclər arasında sahibkarlığa dəstək Agentliyin fəaliyyət istiqamətlərindəndir - KOBİA

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2021 12:19 (UTC +04:00)
Əlil şəxslər və gənclər arasında sahibkarlığa dəstək Agentliyin fəaliyyət istiqamətlərindəndir - KOBİA

Bakı. Elçin Mehdiyev – Trend:

Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.

Trend-in məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların və ictimai birliklərin nümayəndələri, sosial sahibkarlıqla məşğul olan və ya biznes fəaliyyətinə maraq göstərən Vətən müharibəsi qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın təşviqinin, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərilməsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib.

O.Məmmədov qeyd edib ki, KOBİA özünüməşğulluq proqramına dəstək göstərir və ötən dövrdə 400-dən çox vətəndaşın proqrama qoşulmasına KOBİA tərəfindən dəstək təmin edilib:

“Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur. Agentlik tərəfiindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib. KOBİA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edir. Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb. Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”.

O.Məmmədov bu xeyirxah aksiyaya dəstək göstərən bütün sahibkarlara təşəkkür edib, eləcə də sosial sahibkarlığın inkişafı və bu sahədə müvafiq qurumlarla əməkdaşlığa dair müxtəlif təkliflər səsləndirib.

Forumda həmçinin sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti