...

"Foxconn" şirkəti Səudiyyə Ərəbistanında 9 milyard dollarlıq zavod tikmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2022 03:07 (UTC +04:00)

Bakı. Trend:

Tayvanın elektronika istehsalçısı Hon Hai Precision Industry Co. (Foxconn Technology) Səudiyyə Ərəbistanında mikroçiplər, elektrik avtomobilləri üçün hissələr və digər elektronika istehsal edəcək zavod tikmək üçün danışıqlar aparır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, zavoda yatırılacaq sərmayənin həcmi təxminən 9 milyard dollar təşkil edəcək.

Qeyd olunur ki, danışıqlar ötən il başlayıb. Səudiyyə rəsmiləri "Foxconn"-un digər ölkələrdəki oxşar layihələrini qiymətləndirirlər. Öz növbəsində şirkət maliyyələşdirmə, vergi imtiyazları, eləcə də elektrik enerjisi və su təchizatı üçün subsidiyalar daxil olmaqla müəyyən güzəştlər almaq niyyətindədir.

"Foxconn" Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərərb Əmirliklərində də istehsal sahələrini yerləşdirməyi düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti