...

IFC Azərbaycanda özəl investisiyalarla bağlı uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır - Regional menecer (Özəl)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2022 13:13 (UTC +04:00)
IFC Azərbaycanda özəl investisiyalarla bağlı uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır - Regional menecer (Özəl)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda özəl sektorun investisiyalarının dəstəklənməsi üçün uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır.

Bunu Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

O qeyd edib ki, IFC dövlət-özəl tərəfdaşlığı çərçivəsində pilot layihələrin strukturlaşdırılması baxımından hökumətlə iş üçün yaxşı imkanlara malikdir.

"Bundan başqa, biz dənizdə külək enerjisi sahəsində məsləhətçi dəstəyimizin ölkədə bərpa olunan enerji sektorunun möhkəmlənməsinə kömək edəcəyinə nikbinliklə baxırıq. IFC Azərbaycanda özəl sektorun investisiyalarının dəstəklənməsi üçün, xüsusilə gələcəkdə genişlənəcəyi gözlənilərn bərpa olunan enerji sektorunda uzunmüddətli maliyyələşdirmə təqdim etməyə hazırdır", - İ.Duarte deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti