...

AİB Azərbaycanda texnologiya startapları müsabiqəsinin təşkili üçün xarici şirkətlərlə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2022 12:08 (UTC +04:00)
AİB Azərbaycanda texnologiya startapları müsabiqəsinin təşkili üçün xarici şirkətlərlə işləyir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda texnologiya startapları müsabiqəsinin təşkili üçün xarici şirkətlərlə işləyir.

Trend-in məlumatına görə, bunu bu gün AİB-in layihələr üzrə baş əməkdaşı Səbinə Cəfərova Azərbaycanda texnologiya startaplarının ekosistemi üzrə hesabatın təqdimatı zamanı deyib.

"Biz hazırda biliklər sahəsində tərəfdaşlıq münasibətlərinin qurulması üzərində ABŞ və Almaniya şirkətləri ilə, eləcə də texnologiya startapları müsabiqəsinin təşkili üçün bir sıra xarici şirkətlərlə işləyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, yerli startapların inkişafına yönəlmiş 500 min dollar dəyərində layihə startaplara köməyin yerli potensialının möhkəmləndirilməsini nəzərdə tutur.

"Texnologiya startaplarına dəstək paytaxtda cəmləşmişdi, amma biz bunu bölgələrə də çatdırmaq istəyirdik. Biz Gəncə və Şamaxı kimi şəhərlərdə dövlət agentlikləri və universitetlərlə işləməyə başlamışıq", - S.Cəfərova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti