...

Azərbaycan Məkkədə halal sənaye sərgisində iştirak etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2023 18:45 (UTC +04:00)
Azərbaycan Məkkədə halal sənaye sərgisində iştirak etməyi planlaşdırır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 19-21 noyabr 2023-cü il tarixlərində Məkkədə keçiriləcək və halal məhsullara həsr olunan "Saudi International Halal Expo & Summit 2023" sərgisində iştirak etməyi planlaşdırır

Bu barədə çərşənbə axşamı Trend-ə İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Əşrəf Əl-Tanbuli deyib.

"Bu yaxında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə sərgidə Azərbaycan pavilyonunun iştirakını müzakirə etdik. Bu Məkkədə Azərbaycanın mal və xidmətlərini nümayiş etdirməyə imkan verəcək. Bu sayədə dünyanın müxtəlif ölkələri ilə ticarətin genişlənməsinə imkan yaranacaq. Sərgi qlobal əhəmiyyətli hadisədir. Son məlumatlara görə, tədbirdə 60-dan çox ölkə iştirak edəcək", - deyə Əl-Tanbuli vurğulayıb.

O bununla yanaşı Azərbaycanda "halal" ekosisteminin yaradılmasının əhəmiyyətini qeyd edib.

"Azərbaycan müxtəlif ölkələrlə, o cümlədən Rusiya, Türkiyə və Mərkəzi Asiya ilə sıx təmasdadır ki, bu da onu bir çox istiqamətdə mühüm "qapı" edir. Azərbaycanda "halal" ekosisteminin fəal inkişafı halal məhsullarına təkcə daxili bazara deyil, həm də regional, hətta ola bilsin ki, qlobal səviyyəyə çıxarılmasını mümkün edəcək. Bu isə artıq qeyd olunduğu kimi, ÜDM-in və ixracın həcminin artmasına səbəb olacaq", - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan həmçinin 9-11 noyabr tarixlərində CAR-ın Yohannesburq şəhərində keçiriləcək "Halal Trade, Logistics & Manufacturing Expo" sərgisində təmsil olunacaq. Bu sərgidə Asiya, Yaxın Şərq, Afrika, Avropa və Amerikanın 65 ölkəsindən 200-dən çox Cənubi Afrika və beynəlxalq şirkət iştirak edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti