...

BMT ötən il Azərbaycanla birgə tədbirlərə 34 milyon dollardan çox investisiya qoyub - Vladanka Andreyeva

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2024 12:17 (UTC +04:00)
BMT ötən il Azərbaycanla birgə tədbirlərə 34 milyon dollardan çox investisiya qoyub - Vladanka Andreyeva
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

BMT 2023-cü ildə Azərbaycanla birgə tədbirlərə 34 milyon dollardan çox investisiya qoyub.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

"Azərbaycan ötən ilin sentyabr ayında təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə sammiti ərəfəsində DİM üzrə öz milli öhdəliklərini irəli sürmüş 40 ölkədən biri olub. Biz hamımız birlikdə DİM-in əldə olunması üzrə tədbirləri sürətləndirə bilərik. Ötən il razılaşdırılmış birgə tədbirlərin icrasına 34,2 milyon ABŞ dolları investisiya qoymuşuq", - o deyib.

Qeyd edək ki, aprelin 8-də "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.

Tədbirdə 2024-cü il üzrə çərçivə sənədinin icrası üzrə birgə fəaliyyət planları müzakirə olunub və təsdiqlənib, həmçinin maliyyə ili üzrə büdcə prosesi və strateji istiqamətlər müəyyən edilib.

Bundan başqa, tədbir çərçivəsində sənədin icrasının 5 istiqaməti üzrə yekun qruplarının həmsədrləri 2023-cü ilin yekunlarını açıqlayıb və 2024-cü il üzrə prioritet istiqamətləri müəyyənləşdiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti