...

BVF-NUN ÇİRKLİ PULLARIN YUYULMASI VƏ TERRORİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİ İLƏ MÜBARİZƏ ÜZRƏ MİSSİYASI BAKIDADIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2005 15:32 (UTC +04:00)

BVF-nun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsiilə mübarizə üzrə missiyası Bakıdadır.BVF-nun Bakıdakı nümayəndəliyində Trend agentliyinə bildirilib ki, BVF eksperti Terense Donavanın başçılıq etdiyi missiya iyunun 25-dək Bakıda olacaq.

"Səfər çərçivəsində ədliyyə, xarici işlər, daxili işlər nazirlikləri, eləcə də Baş prokurorluğun və s. nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır " -deyə Bakı ofisində bildirilib.Bununla əlaqədəar qeyd olundu ki, ekspertlər artıq Azərbaycan Milli bankının, maliyyə nazirliyinin,qiymətli kağızlar üzrə Dövlət komitəsinin, Azərbaycan Beynəlxalq bankının və UniBank nümayəndələri ilə görüşüblər.

Öz növbəsində çirkli pulların yuyulmasının qarşısının alınması üzrə idarələrarası işçi qrupun başçısı, Azərbaycan Milli bankının idarə heyətinin üzvü Rüfət Aslanlı qeyd edib ki, Milli bankda keçirilən görüş çərçivəsində missiya nümayəndələri Azərbaycanda həmin sahədə işlərin hazırkı vəziyyəti ilə tanış olublar. Bununla bağlı olaraq R.Aslanlı qeyd edib ki, hazırkı səfəri BVF-nun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məsələlərində ölkəyə texniki yardım göstərmək niyyətinin ifadəsi hesab etmək olar.

Xəbər lenti

Xəbər lenti