...

AZƏRBAYCAN HÖKUMƏTİ KFW İLƏ QRANT SAZİŞİ İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 17:15 (UTC +04:00)
AZƏRBAYCAN HÖKUMƏTİ KFW  İLƏ QRANT SAZİŞİ İMZALAYIB

İyunun 27-də Bakıda Azərbaycan hökuməti və Almaniyanın yenidənqurma bankı (KfW) arasında qrant sazişi imzalanıb. Trend agentliyi xəbər verir ki, sənədi AR iqtisadi inkişaf naziri Fərhad Əliyev və KfW -nin Şərqi Avropada su təchizatı və infrastruktur şöbəsi müdirinin müavini Kurd Fon Radenau imzalayıb.

F.Əliyev qeyd edib ki, qrant Gəncə və Şəki şəhərlərində su təchizatı sistemlərinin yenidən qurulması layihələrinin gerçəkləşdirilməsi üçün verilir.Qrantın ümumi həcmi 1,5 mln. avrodan çox təşkil edir.Bu həcm üç bərabər hissələrlə veriləcək.

İyunun 27-də qrantın 511 min avro həcmində birinci hissəsinin verilməsi üçün saziş imzalanıb.Həmin vəsaitlər artıq layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlığına istifadə olunub.Layihənin ümumi dəyəri 54 mln. avro təşkil edir ki, KfW bu həcmdən 15 mln avro 35 il müddətinə güzəştli kreditlə verəcək, 7 mln. avro Azərbaycan hökuməti ödəyəcək, qalan vəsaitlər isə SECO tərəfindən veriləcək.Almaniya hökuməti həmçinin sığorta fondunun maliyyələşdirilməsinə 5 mln.avro həcmində vəsait ayıracaq.

İndiyədək Almaniya Azərbaycana 134,5 mln. avro həcmində maliyyə yardımı və 26 mln. avro həcmində texniki yardım edib.Layihənin gerçəkləşdirilməsinə 2005-ci ilin payızından başlanılacaq.

Xəbər lenti

Xəbər lenti