...

BP ŞİRKƏTİ AZERBAIJAN QAZ EMALI-NIN ÖZƏLLƏŞDİRİLMƏSİLƏ MARAQLANIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 13:16 (UTC +04:00)

BP şirkəti Azerbaijan Qaz Emali (Azərbaycan qaz emalı zavodu) Səhmdar Cəmiyyətinin özəlləşdirilməsilə maraqlanır. Bu barədə Trend məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Zavodun özəlləşdirilməsi üzrə müsabiqə bu il iyunun 20-də elan edilib. Özəlləşdirməyə zavodun səhmlərinin 87,14%-i çıxarılıb, qalan 12,86% -i isə müəssisənin işçiləri arasında bölüşdürülüb.

İqtisadi İnkişaf Nazirliyi yanında idarə olunması və özəlləşdirilməsi üzrə Departamentdən Trend ə verilən məlumata görə, BP hələlik müsabiqədə iştirakı barədə komissiyaya öz ərizəsini təqdim etməyib.

"Müəssisənin özəlləşdirilməsi ilə yerlilərlə yanaşı xarici şirkətlərin də maraqlanmasına baxcmayaraq, hələlik bir dənə də təklif daxil olmayıb ", - deyə departamentdən bildiriblər.

Qeyd edək ki, zavodun özəlləşdirilməsində problemlər mövcuddur. ARDNŞ-dən təbii qaz alan zavod emaldan sonra onu Azeriqaz Qapalı Səhmdar Cəmiiiyyətinə (QSC) göndərir. "İnvestor təbii qaz almaq üçün ARDNŞ-lə müqavilə imzalamalı və tariflər müəyyən edilməlidir. Həmçinin qazın təmizlənməsi və onun emal edilməsindən sonra Azeriqaz -a satılması üzrə də tariflər müəyyən edilməlidir ", - deyə Nazirlikdən bildiriblər.

Tender təklifləri 2005-ci il iyulun 21-dək qəbul ediləcək, iyulun 25-də isə təkliflərin qiymətləndirilməsi nəzərdə tutulub. Əgər iyulun 21-nə kimi heç bir təklif təqdim olunmazsa, onda müəssisənin özəlləşdirilməsi üzrə növbəti tenderin elan edilməsi planlaşdırılır. Ümumilikdə isə, obyektin cari ilin sonunadək özəlləşdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti