...

UNIBANK İLK SİNDİKATLAŞDIRILMIŞ KREDİTİN MALİYYƏLƏŞMƏ MÜDDƏTİNİ ARTIRMAĞI NƏZƏRDƏ TUTUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2005 12:15 (UTC +04:00)

UniBank Azərbaycanın özəl bankına verilmiş ilk sindikatlaşdırılmış krediti (kreditorlar - Avropa yenidənqurma və inkişaf bankı (AYİB) , İngiltərə -Rumıniya bankı və Austria Creditanstalt bankı) digər layihələrin gələcək maliyyələşdirilməsi üçün revolver vəsaitlər olaraq müştərilərə ödənməsindən istifadəni nəzərdə tutur.

Bank idarə heyətinin sədri Faiq Hüseynov Trend agentliyinə bildirib ki, bununla UniBank kreditorlar tərəfindən kredit xətti müddətinin uzadılmasını nəzərdə tutur.

Hazırda UniBank $5 mln.məbləğində sindikatlaşdırılmış krediti tamamilə mənimsəyib.Vəsaitlər iqtisadiyyatın real sektorunda istehsal layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Sindikatlaşdırılmış kreditə dair saziş 2005-ci il aprelin 8-də imzalanıb.Kreditin həcmi $5 mln. təşkil edir ki, bundan $1,5 mln.
AYİB tərəfindən üç il müddəti ilə, $3,5 mln. isə İngiltərə-Rumıniya bankı və Austria Creditanstalt bankı tərəfindən mümkün olan daha bir il uzadılma ilə verilib.Həmin kreditin məqsədi bank sektorunda rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və iqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif tərəfli inkişafıdır.

Xəbər lenti

Xəbər lenti