...

Azərbaycanda Baku Build 11-ci beynəlxalq tikinti sərgisi başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 15:04 (UTC +04:00)

Trend oktyabrın 19-da Bakıda Baku Build - 2005 dördgünlük 11-ci beynəlxalq sərgi açılıb. Sərginin açılışında Azərbaycan ticarət- sənaye palatasının prezidenti Süleyman Tatlıyev, İqtisadi İnkişaf nazirliyi yanında ixrac və investisiyaların təşviqi fondunun rəhbəri Emil Məcidov, Azərbaycan-Türkiyə iş adamları Birliyi (TUSIAB) idarə heyətinin üzvü Baltaçar Baysal, ITE Grup şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Eduard Stoun və digərləri iştirak edib.

S.Tatlıyev qeyd edib ki, ölkədə tikinti sektoru fəal inkişaf etdirilir, buna görə də belə bir beynəlxalq sərginin keçirilməsinin Azərbaycana yeni texnologiyaların gətirilməsi baxımından böyük əhəmiyyəti vardır.Sərgidə dünyanın 20 ölkəsindən 180 şirkət iştirak edir.

E. Məcidov bildirib ki, ildən-ilə sərgilərin sahəsinin genişləndirilir.Belə tədbirlərini keçirilməsi tikinti məhsulları bazarının inkişaf etdirilməsinə imkan verir. B.Baysal qeyd edib ki, ölkədə tikinti sektorunun inkişaf etdirilməsi qonşu ölkələrlə əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək.

"Ötən il keçirilən sərgi ilə müqayisədə iştirakçıların sayı xeyli artıb, onlardan 50%-ni yeni şirkətlər təşkil edir.Bir çox Azərbaycan şirkətləri sərgiyə böyük maraq göstərdi" -deyə E. Stoun bildirib.

Xəbər lenti

Xəbər lenti