...

Xalqbank gəlir əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 15:55 (UTC +04:00)

Azərbaycan banklarından olan Xalqbank fəaliyyətə başladığı gündən etibarən ilk dəfədir ki, maliyyə ayını gəlirlə başa vurur. Trend bildirir ki, bu barədə bankın rəsmi bəyanatında deyilir.

Beləliklə, bank 69959,34 min manat həcmində gəlir alıb.Ötən dövrdə inzibati, təsərrüfat və amortizasiya xərcləri banka gəlir əldə etməyə imkan vermirdi. Amma müştəri bazasının dinamik inkişafı, yeni xidmətlərin və məhsulların tətbiqi, eləcə də komandanın peşəkar yanaşması gəlir əldə olunmasına gətirib çıxardı.

Hazırda Xalqbank yaxın günlərdə başlayacaq və 2 aydan çox davam edəcək imic reklamına son hazırlıq mərhələsini başa çatdırır. Bank Bakıda və regionda iki ilk filiallarının açılışını hazırlayır.

Xəbər lenti

Xəbər lenti