...

UniBank qiymətli kağızlarla əməliyyatlarını 5 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 15:42 (UTC +04:00)

2005-ci ilin 11 ayı ərzində UniBank 238,6 mlrd manat məbləğində qiymətli kağızlarla əməliyyatlar həyata keçirib ki, bu da ötən ilin analoji dövründəkindən 5 dəfə çoxdur. Trend in bankın press-relizinə istinadən yaydığı məlumata görə, 2004-cü ilin 11 ayı ərzində bank 45,5 mlrd manat məbləğində qiymətli kağızlarla əməliyyatlar həyata keçirib.

Bu zaman 2005-ci ilin yanvar - noyabr aylarında UniBank 78,5 mlyrd manat həcmində broker əməliyyatları həyata keçirib və bu da ötən ilin analoji göstəricilərini praktiki olaraq 6 dəfə ötüb keçir.

Hesabat dövründə diler əməliyyatlarının ümumi həcmi 4004-cü ilin 11 ayı ilə müqayisədə 5 dəfədən artıq artıb və bu göstərici 160,1 mlrd manata çatıb.

UniBank dövlət qısamüddətli istaqraz bazarında, Azərbayxan Milli Bankının notlarında və korporativ emitentlərin istiqarz və səhmlərində iştirak edir.

UniBank-da diler və broker lisenziyaları müştərilərə broker xidmətləri göstərməyə imkan verir. Təcrübə müştərilərin artan investisiya fəaliyyətini sübut edir. Onların arasında rezidentlər və qeyri-rezidentlər, hüquqi və fiziki şəxslər də var.

Xəbər lenti

Xəbər lenti