...

Azərbaycanın Baytarlıq Xidməti "quş qripi" ilə mübarizə üzrə tədbirlər planı hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2006 14:50 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkədə "quş qripi" virusu ilə mübarizə tədbirləri planı hazırlayıb. Xidmətdən Trend ə verilən məlumata görə, layihənin planı beynəlxalq ekspertlərlə birgə hazırlanır.

Plan müxtəlif profilaktik tədbirləri, eləcə də karantinin elan edilməsi şərtlərinin, onun ərazisini, bir sıra təşkilati məsələləri nəzərdə tutur.

Dövlət strukturundan bildirilib ki, hazırlıq işləri prosesində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının və Dünya Səhiyyə Təşkilvtının (WHO) nümayəndələri iştirak edir. "Layihə ən yaxın müddətə hazır olacaq və baxılmaq üçün ölkə hökumətinə təqdim ediləcək", - deyə Xidmiətdən bildirilib.

Fevralın 9-da və Baytarlıq Xidmətində quşların qanı və cəmdəklərinin nümunələri əsasında Londonda aparılan analizlərin nəticələrinə əsasən Azərbaycanda "quş qripi" virusunun mövcud olduğu rəsmən elan edilib.

Hazırda Baytarlıq Xidməti tərəfindən epidemioloji nəzarət gücləndirilib və kompleks epizootik tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti