Aprelin 20-22-də Heydər Əlieyv adına idman-konsert mərkəzində keçiriləcək "AITF-2006" 5-ci Azərbaycan Beynəlxalq Turizm Sərgisində 15-dən artıq ölkədən 50-dən artıq şirkətin iştirak edəcəyi gözlənilir. Bu barədə Trend ə tədbirin təşkilatçısı olan Iteca Caspian şirkətindən məlumat verilib. Bu ölkələr arasında Türkiyə, Rusiya, Malayziya, Almaniya, İsveçrə və digərləri var.
"Hazırda iştirakçıların qeydiyyatı prosesi gedir" -bu barədə şirkətdən məlumat verilib. Bu il sərgiyə Azərbaycanın bütün regionlarından, Gürcüstandan, Türkiyədən, İrandan, Rusiyadan, Ukraynadan və Mərkəzi Asiyadan 10 mindən artıq tamaşaçının gələcəyi gözlənilir.
Sərginin əsas sektorları aviaxəttlər və aviasiya agentlikləri, fəal və əyləncəli istirahət, idman turizmi, avtomobillərin icarəsi, mehmanxanalar, sanatoriyalar üçün avadanlıqlar və s.-dən ibarətdir.
AITF - 2006 sərgisinin keçirilməsinə rəsmi dəstək Ümumdünya Turizm Təşkilatı, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Turizm Sənayesinin İnkişafı Birliyi, Turist Sərgilərinin Təşkilatçılar Assosiasiyası, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın Ticarət-Sənaye Palatası və Azərbaycanda İnvestisiyaların Təşviqi və İxrac Fondu təşkil edib.
2005-ci ildə sərginin işində Çexiya, İtaliya, Almaniya, Türkiyə, Azərbaycan kimi ölkələrdən 35 şirkət iştirak edirdi.