...

Samir Şərifov: Dövlət İnvestisiya Şirkəti vəsaitləri 5-7 müddətinə verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2006 10:28 (UTC +04:00)

Aprel ayından etibarən Azərbaycan prezidentinin "İnvestisiya fəaliiyyətinin təşviqi üzrə əlavə tədbirlər barədə" 30 mart tarixli sərəncamı üzrə "Azərbaycan İnvestisiya Şirkəti" açıq səhmdar cəmiyyətinin yaradılması üzrə təşkilat işlərinə başlanılacaq. Şirkətin nizamnamə kapitalı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına tam formalaşacağaq. Trend in məlumatına görə, ARDNF-nun icraçı direktoru Samir Şərifov jurnalistlərlə söhbətində bu gün Azərbaycanın sahibkarlığın inkişafı üçün bütün mümkün tədbirləri gördüyünü və bunun prezidentin sərəncamında öz əksini tapdığını bildirib.

Bu zaman ASC-in fəaliyyəti hazırki özəlləşdirmə proqramı ilə ziddiyyət təşkil etmədiyi üçün özəlləşdirmə siyasətində heç bir dəyişiklik edilməyəcək. İnvestisiyalar təcili xarakter daşıyacaq. S.Şərifov müəyyən müddətdən sonra dövlət payının kommersiya müəssisələrinə satılmasının mümkünlüyünü də istisna etməyib.

"İnvestisiyalaşdırma zamanı prioritet qeyri-neft sektoruna veriləcək. Müəssisənin seçimi bütün mümkün kriteriyalar, Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli sahələr, gəlirliliyin səviyyəsinə görə aparılacaq. Bu zaman kommersiya prinsipləri əsas kimi qəbul ediləcək", - deyə S.Şərifov bildirib.

Lakin o, söhbətin əsasən uzunmüddətli layihələrdən getdiyi üçün ticarət sahəsinə investisiya vəsaiti qoyulmasını zəruri hesab etmir. Onların inkişafı üçün sahibkarlara əlavə vəsaitlər lazım olacaq və investisiya şirkəti bu vəsaitin alınmasını təmin edən bir struktur olacaq.

İnvestisiya vəsaiti 5 ildən 7 ilə kimi veriləcək. Bu zaman dövlətin əsas məqsədi sahibkarlığın inkişafına təkan verməkdir. Lakin bütün özəl müəssisələri dövlətin mülkiyyətinə qaytarmaq məqsədi daşımır.

Şirkətin nizamnamə kapitalı üçün ayrılan vəsaitin (90 mln.manat) hesabına investisiya daxil edilmələri hissə-hissə həyata keçiriləcək. İnvestisiya şirkəti həm yerli, həm də xarici bazarda vəsaitin cəlb edilməsi imkanlarına malik olacaq. Əlavə vəsaitlərin cəlb edilməsi üçün istiqrazların buraxılması lazım gələcək. S.Şərifov şirkətin sərbəst mövcudluq imkanlarını, eləcə də təkrar maliyyələşdirməni həyata keçirəcəyini istisna etməyib.

İnvestisiyalar üzrə minimal limit Müşahidəçi Şura tərəfindən müəyyən ediləcək. ARDNF-nin rəhbəri bunun çətin ki, aşağı məbləğ olacağını əlavə edib.

Xəbər lenti

Xəbər lenti