Aprelin 11-də İstanbulda Azərbaycan-Türkiyə Sahibkarları Birliyinin (ATIB), İİN-nin Sahibkarlığın inkişafı Departamentinin İstanbul Ticarət Palatasının, İstanbul Sənaye Paratasının AzPromo ilə əməkdaşlığı ilə birgə təşkil etdiyi Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə ATIB -in aprelin 7 -də yaydığı press-relizdə bildirilir.
Forumda Azərbaycan tərəfdən İİN-nin, Sənaye və Energetika, Vergilər, Rabitə və İnformasiya texnologiyaları və ATIB-in nümyaəndələirndən ibarət 50 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Türkiyə tərəfdən tədbirdə TSP- və TTP-nın təşkilatçılığı ilə Türkiyənin 100-ə yaxın sahibkarı iştirak edəcək.
Forumda "Azərbaycanın investisiya iqlimi"nin təqdimat mərasimi keçiriləcək, ölkənin maliyyə sektorunda, turizm, tikinti, informasiya texnologiyaları sahəsində, səhiyyə, kənd təsərrüfatı ilə bağlı tədbirlər barədə məlumat verilicək. Forum çərçivəsində hər iiki ölkənin sahibkarları arasında ikitərəfli görüşlər keçiriləcək.