Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aprel ayının 4-nə kimi Respublika Baytarlıq Laboratoriyasında 4,5 min nümunədə - 3463 baş ev quşu, 998 baş çöl quşu, 3 baş digər heyvanlardan götürülmüş nümunələrdə quş qripinə görə diaqnostik müayinələr aparıb. Bu barədə Trend ə dövlət strukturundan bildirilib.
Müayinələr nəticəsində 14 baş ev quşunda, 20 baş çöl quşunda, 1 baş itdə quş qripinin ayrı-ayrı ştamları aşkar olunub. Bakı şəhərində götürülmüş 1236 baş quşdan 7 baş çöl quşunda virusun H5N1 ştamı və 1 baş itdə virusun H5 ştamı, Abşeron rayonunda götürülmüş 248 baş quşdan 2 baş çöl quşunda virusun H5N1 ştamı aşkar olunub.
Bundan əlavə, quşçuluq fabriklərindən götürülmüş 1654 baş quşun nümunələri Respublika Baytarlıq Laboratoriyasında quş qripinə görə diaqnostik müayinədən keçirilib. Müayinə zamanı Giləzi quşçuluq fabrikindən götürülən nümunələrdən 3 baş ev quşunda virusun H5N1 ştamı, Biləsuvar quşçuluq fabrikindən götürülən nümunələrdən 3 baş ev quşunda virusun H5N1 ştamı və 2 baş ev quşunda virusun H5N2 ştamı, Arka quşçuluq müəssisəsindən isə götürülmüş nümunələrdən 3 baş ev quşunda virusun H5 ştamı müəyyən edilib.
Bu qeyd edilən müayinələrlə yanaşı, respublikanın bütün bölgələrindən, milli parklardan, köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdən götürülən qan və potoloji nümunələr də quş qripinə görə müayinə edilib. Müayinələrin nəticələri aşağıdakı kimidir:
Ərazi |
Götürülmüş nümunələrin ümumi sayı ötürülmüş nümunələrin ümumi sayı |
Virus aşkar olunmuş nümunələrin sayı aşkar olunmuş nümunələrin sayı |
Virusun ştamı ştamı |
Şamaxı amaxı |
121 (çöl quşu) çöl quşu) |
1 |
H5N1 |
Gəncə |
22 (çöl quşu) çöl quşu) |
1 |
H5N1 |
Samux |
24 (çöl quşu) çöl quşu) |
1 |
H5N1 |
Əli-Bayramlı ayramlı |
3 (çöl quşu) çöl quşu) |
1 |
H5N1 |
Ağstafa ğstafa |
13 (çöl quşu) çöl quşu) |
1 |
H5 |
Beyləqan |
47 (çöl quşu) çöl quşu) |
6 |
H5N3 |
Fizuli |
17 (çöl quşu) çöl quşu) |
2 |
H5N1, H5 |
Ağdam ğdam |
7 (çöl quşu) çöl quşu) |
1 |
H5N1 |
Bundan başqa, Bənovşələr qəsəbəsi istisna olmaqla regionlarda karantin ləğv edilib. "Vəziyyət nəzarət altındadır və bu xəstəliyinin sovuşacağı gözlənilir", - deyə Baytarlıq Xidmətindən bildirilib.