...

Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Agentliyi ÜTT-in tələbləri çərçivəsində qanun layihəsi hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 13:18 (UTC +04:00)

Hazırda Azərbaycanda stantartlaşdırma və patentlər sahəsi hələ sovet dövründə qəbul olunmuş normativ baza və standartlar əsasında işləyir. Bu barədə Trend ə Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, həmin sahənin dünya və Avropa standartlarına uğunlaşdırılması üçün islahatlar keçirmək laxzımdır.

"Hazırda biz Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələbləri çərçivəsində bütün dünya standartlarına cavab verən texniki nizamlanma üzrə qanun layihəsi hazırlamışıq" - deyə o qeyd edib.

Sənəd artıq ölkə rəhbərliyinə təqdim olunub.

Qanun layihəsinin hazırlanması zamanı xarici ekspertlərin təcrübəsindən istifadə olunub, onların tövsiyələri nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti