...

Azərbaycanın Əmək Nazirliyi Ağstafa və Qaxda əmək yarmarkaları keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 12:15 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağstafa və Qaxda əmək yarmarkaları keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, Ağstafada keçirilmiş yarmarkanın yekunları üzrə 86 nəfər işlə təmin olunub. Yarmarkada 164 vakant yerlə 34 müəssisə iştirak edib.

Qaxda isə yarmarkanın yekunları üzrə 57 nəfər işlə təmin olunub, 20 nəfər ictimai işlərə cəlb olunub. Yarmarkada 185 vakant yerlə 31 müəssisə iştirak edib.

Növbəti yarmarkalar iyunun 13-də Oğuzda, iyunun 14-də Daşkəsəndə keçiriləcək.

2005-ci ildə Nazirlik tərəfindən 25 229 nəfər, o cümlədən yarmarkanın yekunları üzrə 7212 nəfər işlə təmin olunub.

1997-ci ildən başlayaraq ölkədə keçirilmiş yarmakaların yekunları üzrə 48 722 nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti