...

MDB ölkələri arasında ən yüksək iqtisadi artım Azərbaycanda qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2006 16:25 (UTC +04:00)

2006-cı ilin ilk beş ayı ərzində MDB ölkələrində iqtisadi artım orta hesabla 6% təşkil edib. Bu dövr ərzində MDB ölkələri arasında ən yüksək iqtisadi artım göstəricisi Azərbaycanda - 38%, ən aşağı göstərici isə - Qırğızıstanda (2%) qeydə alınıb. Trend in MDB Dövlətlərarası Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, hesabat dövrü ərzində Belorusiyada ÜDM-nin artımı 10,3%, Tacikistanda - 5,3%, Ukraynada - 4% təşkil edib.

Cari ilin 1-ci rübünə olan göstəricilərə əsasən, Gürcüstanda ÜDM artımı 8,4%, Qazaxıstanda - 7,7%, Moldaviyada - 6,2%, Rusiyada - 5,5% və Özbəkistanda - 3,6%-ə bərabər olub. Yanvar-may aylarında MDB ölkələrində istehlak qiymətlərinin orta artım göstəricisi 9% olub.

İstehlak qiymətlərinin ən yüksək artım göstəricisi Moldaviyada - 10,8% qeydə alınıb.

Rusiyada inflyasiyanın səviyyəsi 10,3%, Tacikistanda - 9,3%, Ukraynada - 8,7%, Qazaxıstanda - 8,6%, Belorusiyada - 7,5%, Gürcüstanda - 6,2%, Qırğızıstanda - 6,1%, Azərbaycanda - 5,6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti