...

Amerikalı alimlər Azərbaycanda nadir bitki növlərini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 13:41 (UTC +04:00)

ABŞ-ın Milli Seleksiya Proqramı və genebank mütəxəssisləri Kolin Konrad və Meri Burnenin Azərbaycana səfəri başa çatıb. Qeyd edək ki, səfərdə məqsəd nadir bitki növlərini öyrənməkdən ibarət olub. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində mütəxəssislər Azərbaycanın cənub regionunda, xüsusilə Talış meşələrində olub. Nazirliyin Genetik Ehtiyatlar İnstitutu və Elmi-Aqrar Mərkəzinin nümayəndələri ilə birgə nadir ağac və kol növləri seçilib.

Amerikalı mütəxəssislərin səfəri 8 gün davam edib. Toplanmış 4 nadir bitki nümunəsi ABŞ-a göndərilib və Genetik Ehtiyatlar İnstitutu tərəfindən yerdə qalan 16 növün də göndərilməsi ilə bağlı razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti