...

Cari ilin birinci yarısında "Azərdəmiryolbank"–ın aktivləri təxminən 20% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2006 15:06 (UTC +04:00)

Bu ilin birinci yarısında "Azərdəmiryolbank"-ın aktivləri 19% və ya 9,3 mln. manat (AZN) artaraq 1 iyul 2006-cı il vəziyyətinə 59 mln. manatı keçib. Bu barədə Trend Azərdəmiryolbank-ın press-relizinə istinadən xəbər verib.

Birinci yarımillikdə müştərilərə verilən kreditlərin məbləği 26% və ya 7,4 mln. manat artıb və 35,8 mln. manat təşkil edib. Kredit portfeli strukturunda hüquqi şəxslərə verilən vəsaitlərin həcmi 18,7 mln. manatdan 23,7 mln. manatadək, fiziki şəxslərə verilən vəsaitlərin həcmi 8,4 mln. manatdan 10,2 mln. manatadək, sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən vəsaitlərin həcmi isə 1,3 mln. manatdan 1,9 mln. manatadək artıb.

Kreditlərin ümumi həcminin 12,1 mln. manatı ölkə regionlarında yerləşdirilib. Bu, ilin əvvəli ilə müqayisədə 23% çoxdur.

Birinci yarımillikdə "Azərdəmiryolbank"-ın kredit aktivliyi beynəlxalq maliyyə intsitutlarından cəlb olunan vəsaitlər və bankın depozit bazasının genişləndirilməsi hesabına təmin edilib. Bu prosesin daha da aktivləşməsi üçün iyunun sonunda bank Relax depozit kampaniyasına başlayıb.

2006-cı ilin ilk 6 ayında bank beynalxlaq maliyyə intsitutlarından $10 mln. həcmində kredit cəlb edib ki, bu da "Azerdemiryolbank"-a etibarın artmasından xəbər verir.

Qeyd edək k, bankın yarım illik mənfəəti 962 min. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstərisindən 66% və ya 380 min. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti