...

Azərbaycanın Dövlət Əmlak Komitəsinə "qaynar xətt"lə 600 müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 15:28 (UTC +04:00)

193 nömrəli "qaynar xətt"in fəaliyyət göstərdiyi altı ay ərzində Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsinə müxtəlif istiqamətli təxminən 600 müraciət daxil olub.

Trend in Dövlət Komitəsinin press-relizinə istinadən verdiyi xəbərə görə, müraciətlər əsasən özəlləşdirilən və icarəyə verilən obyektlərə aid olub, bəziləri özəlləşdirmədə iştirak, bu prosesdə əmək kollektivinin hüquqları, mülkiyyət hüquqlarının qeydiyyatı, dövlət əmlakının alqı-satqı məsələləri və özəlləşdirmə payından səmərəli istifadə barədə olub.

Bununla yanaşı, Dövlət Komitəsinə həmçinin səhmdar cəmiyyətlərdə istehsalat prosesinin və fəaliyyətin bərpası, elan olunan investisiya müsabiqələrində iştirak qaydaları, özəlləşdirmə müəssisələrinə sərmayələrin cəlb olunması üzrə sorğular da daxil olub.

Təxminən 300 müraciət operativ qaydada cavablandırılıb, digər müraciətlər üzrə isə lazımi tədqiqatlar aparılıb və qanunvericiliyə uyğun olaraq, vətəndaşlara öz hüquqları barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti