...

Batumi limanı vaqonların boşaldulmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 19:41 (UTC +04:00)

Dünəndən etibarən Batumi limanında yüklərin emalı ilə bağlı problem həll olunub və limanda yığılıb qalmış vaqonların boşaldılmasına başlanıb. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən xəbər veriblər.

Hazırda limandakı və limana yaxınlaşmaqda olan neft və neft məhsulları ilə doldurulmuş vaqonların sayı 2276-dır. Bunun 796-sı mazutla, 688-i isə xam neftlə doludur. Bu vaqonların göndərilməsi mazut daşıyan gəmilərin olmaması və neftin boşaldıldığı qurğuda texniki problemlərin yaranması üzündən ləngiyib.

Hazırda vəziyyət müəyyən qədər normallaşıb. Gündə 770 vaqon boşaldılır, lakin bu rəqəm 800-ə çatdırılacaq.

Bu problemlərin nəticəsində ADDY iyulun 19-dan şimal istiqamətində nəql olunan neft və neft məhsullarının qəbulunu dayandırıb.

Xəbər lenti

Xəbər lenti