...

Sərmayədarlar 2006-cı ildə özəlləşdrilmiş müəssisələr üzrə $61 mln məbləğində sərmayə qoymağı öhdələrinə götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:15 (UTC +04:00)

2006-cı ildə Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi investisiya müsabiqəsi yolu ilə maşınqayırma, rabitə, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və s. sahələrdə 9 səhmdar cəmiyyətin səhmlərini özəlləşdirib. Trend in Dövlət Komitəsinin məlumatına istinadən xəbər verdiyi kimi, müsabiqə yolu ilə "Oğuz-şərab", "Siyəzən-şərab", "Salyan-plastik kütlə emalı", "Xanlar aqrosənaye", "Bakı teleqraf", "Sumqayıt sənaye istehsalı", "Gəncə sənaye avadanlıqları", "Azərbaycan" mehmanxanası, "Mingəçevir izolit" müəssisələrini özəlləşdirib.

Müsabiqələrin qalibləri müəssisələrdə istehsal prosesinin bərpası və inkişafı, müasir standartlara cavab verən yeni texnologiyaların tətbiqi, məhsul istehsalı və xidmətlərin göstərilməsi öhdəliklərini öz üzərinə götürüb. Bu tədbirlərin həyata keçirilməsi üçün $61 mln-dan çox sərmayənin qoyulması gözlənilir.

Hesabat dövrü ərzində investisiya öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar mülkiyyət hüququ "Sumqayıt məişət kimyası", "Qəbələ sənaye istehsalı" və Bakıxanov qəsəbəsində yerləşən idman meydançası üzrə verilib.

İnvestisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələr üzrə 12 min yeni iş yerinin açılması gözlənilir.

Məlumatda o da deyilir ki, sərmayədarlar tərəfindən özəlləşdirilmiş müəssisələr üzrə götürülmüş müqavilə öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti