...

Yol qəzaları ölümlə nəticələnib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 13:52 (UTC +04:00)

İyulun 30-da respublika ərazisində baş vermiş yol qəzaları ölümlə nəticələnib. Bu barədə Trend ə Respublika Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Saat 12.00 radələrində Bakı-Astara yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində qəsəbə sakinləri Rasim Rzazadənin idarə etdiyi "Mitsubişi-Pajero" markalı və Tahir Qasımovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşub. Nəticədə sərnişinlər Gözəl Əmirəliyeva və Dürxanım Hüseynova hadisə yerində dünyalarını dəyişib, xəsarət almış sürücülər və digər sərnişinlər Asudə Qəniyeva, Gülər Hüseynova və Əftunə Qasımova isə xəstəxanaya yerləşdiriliblər.

Saat 15.00 radələrində Masallı rayonunun Qızılağac kənd sakini Orxan Əliyev "Dnepr-11" motosikleti idarə edərkən onu aşırıb. Nəticədə O.Əliyevin sərnişini, həmkəndlisi Elməddin Eynullayev hadisə yerində dünyasını dəyişib.

Saat 21.00 radələrində Mərdəkən qəsəbəsi ərazisində Aydın Süleymanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən sərnişin Elşən Həsənovu vurub. Nəticədə xəsarətlərlə xəstəxanaya götürülən piyada orada dünyasını dəyişib.

Saat 23.30 radələrində Binə qəsəbəsi ərazisində Bakı sakini Zaur Qəniyev "Mersedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə Z.Qəniyev və sərnişinləri Mənzər Hacıyeva, Emin Qayıbov və Günay Məmmədova ağır dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. G.Məmmədova xəstəxanada dünyasını dəyişib.

Qeyd olunan yol qəzaları faktları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti