...

Yol qəzasında bir nəfər həlak olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 17:43 (UTC +04:00)

Avqustun 15-də Bakı şəhərindəki Z.Bünyadov küçəsində baş vermiş yol qəzası nəticəsində bir nəfər dünyasını dəyişib. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Saat 16.45 radələrində Z.Bünyadov küçəsində Bülbülə qəsəbəsi sakini Elnur Əhmədov "Mersedes" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Xalidə Xəlilovanı vurub. Nəticədə xəsarətlərlə xəstəxanaya çatdırılmış X.Xəlilova orada dünyasını dəyişib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti