...

Azərbaycanın Vergilər Nazirliyi 13713 obyektdə kassa aparatlarından istifadə qaydalarının pozulması faktlarını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 16:18 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 50606 obyektdə reydlər keçirib. Trend in nazirliyin Operativ Nəzarət İdarəsinə istinadən xəbər verdiyi kimi, avqustun 18-nə olan vəziyyət üzrə 13713 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu obyektlərə qarşı 1260061 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Bakı üzrə vergi reydləri iyulun 24-də başlayıb. Bu ay isə reydlər Sumqayıt və Abşeron üzrə keçirilir. Gələcəkdə reydlər ölkənin digər bölgələrini də əhatə edəcək. Reydlərin keçirilməsində məqsəd nəzarət-kassa aparatlarından istifadə edilməsi və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşma qaydalarına riayət olunmasıdır.

Xəbər lenti

Xəbər lenti