...

Kredit-zəmanət fondu bir ildən sonra Azərbaycanda fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2006 21:02 (UTC +04:00)

Almaniya İnkişaf Bankı KfW tərəfindən yaradılan kredit-zəmanət fondu, ən yaxşı halda, bir ildən sonra Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq. Bu barədə Trend ə hökümətdən bildirilib.

Yaradılan fondun KfW tərəfindən maliyyələşdirilməsi haqqında müqavilə 14 avqust 2006-cı ildə Bonnda keçirilən Azərbaycan-Almaniya hökümətlərarası danışıqlarda bağlanıb. Həmçinin bu yaxınlarda Azərbaycan və AFR arasında maliyyə əməkdaşlığı haqqında sazişin imzalanacağı gözlənilir.

Fondun idarə edilməsi və bank seçimi üzrə məsləhətçinin cəlb olunması üçün hələ vaxt tələb olunur. Qonşu Qafqaz ölkələrində analoji fonda Azərbaycanda Almaniya-Azərbaycan fondunun (AAF) meneceri olan Beynəlxalq əməkdaşlıq üzrə əmanət kassaları fondu (SBFİC) idarə edir.

Hökümət hesab edir ki, bank-agentlərin seçim şərtləri hazırda 6 tərəfdaş -bankı (Bank of Baku, UniBank, Parabank, "Respublika" bankı, Azərdəmiryolbank və Azəriqazbank) olan AAF-da olduğundan sərt olacaq. İlk vaxtlarda AAF-ın tərəfdaşları arasından 2-3 bankın seçiləcəyi istisna olunmur. Bundan başqa, müqavilə şərtlərinə əsasən banklar revolver hesabının artırılmasının təmin edliməsi məqsədi ilə KfW və kredit-zəmanət fonduna idarəyə görə haqq ödəməlidir. Bu isə bankların siyahısını genişləndirməyə imkan verəcək.

KfW layihəyə 4 mln. avro verməyə hazırdır, bunlardan 3,75 mln. avro fondun yaradılması üçün zəmanət qismində, 0,25 mln. avro isə məsləhətçinin xidmətlərinin ödənilməsi üçün veriləcək. Fond KfW-nin qərargahında hesablaşma hesabı qismində fəaliyyət göstərməlidir. Azərbaycan bankları AAA+ reytinqinə malik KfW-nin kredit şərtləri əsasında beynəlxalq banklardan borc vəsait ala bilərlər.

İlkin mərhələdə fondun həcmi 2,3 mln. avro təşkil edəcək. Kredit-zəmanət fondunun bankın kredit xəttlərini cəlb etməsi üzrə limiti yoxdur, lakin ilkin mərhələdə zəmanətin həcmi 500 min avronu ötməyəcək. KfW zəmanətlərinin cəlb olunması zamanı banklar 1 borcalana 150 min avrodan çox məbləğdə kredit verə bilməz.

Xəbər lenti

Xəbər lenti