...

MBD Statistika Komitəsi: 2006-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda iqtisadi artım 35%-i keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2006 15:37 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul ayları ərzində MDB ölkələrində əsas makroiqtisadi göstəricilərin ilin əvvəlində yaranmış dinamikası saxlanılıb. Bununla belə artım templərinin bir qədər ləngiməsi müşahidə olunub. Trend in FinMarketə istinadən xəbər verdiyi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Birlik ölkələri üzrə ÜDM 6% (2006-cı ilin yanvar-iyun aylarına olan 6,5%-lə müqayisədə), sənaye məhsullarının istehsalı - 5,3% (5,5 %) artıb. Bu barədə MDB Statistika Komitəsinin məlumatında deyilir.

İqtisadi artımın yüksək göstəriciləri Azərbaycanda (35,1%) qeydə alınıb. Ən aşağı inkişaf tempi isə Qırğızstana (2,5%) məxsusdur.

İnflyasiyanın yüksək səviyyəsi saxlanılıb. MDB ölkələri üzrə inflyasiya 9% təşkil edib. Sənaye məhsulları istehsalçılarının qiymət indeksi demək olar ki, bütün ölkələrdə (Ukrayna və Ermənistandan başqa) istehlak qiymətləri indeksini keçib. MDB üzrə bu qabaqlama 14% təşkil edib.

Xəbər lenti

Xəbər lenti