...

Əlibayramlıda keçirilmiş yarmarkada 250 nəfər işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2006 11:04 (UTC +04:00)

Sentyabrın 26-da Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Əlibayramlıda əmək yarmarkası keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, yarmarkada 250 nəfər işlə təmin olunub. 15 nəfər isə hazırlıq kurslarına göndərilib. Bütövlükdə, yarmarkada 32 müəssisə 407 iş yeri ilə iştirak edib.

İdarədən bildirilib ki, indiyədək nazirlik ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan MR-də 50 əmək yarmarkası keçirib. Yarmarkalarda 1441 müəssisə 15846 iş yeri ilə iştirak edib. Nəticədə 3840 nəfər işə qəbul olunub, 210 nəfər ödənilən ictimai işlərə cəlb edilib, 189 nəfər isə hazırlıq kurslarına göndərilib.

Növbəti əmək yarmarkaları sentyabrın 29-da Sumqayıtda və Mingəçevirdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti