Azərbaycan Milli Bankının idarə heyətinin qərarına əsasən, müvəkkil kredit təşkilatlarına Azərbaycan İpoteka Fondu (AİF) hesabına maliyyələşdirilən ipoteka kreditlərinin verilməsi üzrə standart tələblərə bir sıra dəyişikliklər və əlavələr edilib. Trend in AİF-in məlumatına istinadən xəbər verdiyi kimi, ipoteka predmetinin genişləndirilməsi üçün bundan sonra mənzillər, özəl yaşayış evləri ilə yanaşı, mülkiyyət hüququ olan torpaq sahələri də girov qismində çıxış edə bilər.
Bu, ipoteka krediti alınan zaman əlavə olaraq daşınmaz mülkiyyətin digər növünün girov qoyulması imkanlarını yüksəldəcək, eləcə də bu vəsaitlərdən şəhərlərdə, şəhərətrafı qəsəbələrdə və xüsusilə, bölgələrdə istifadə imkanlarını genişləndirəcək.