...

Bu gün "Gəncə" avtomobilinin təqdimat mərasimi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2006 14:09 (UTC +04:00)

Bu gün Gəncə Avtomobil Zavodunda "Gəncə" avtomobilinin təqdlimat mərasimi keçirilib. Tədbirdə şəhər içtimayətinin nümayəndələri iştirak edib. Çıxış edənlər istehsal olunan avtomobilin "Gəncə" adlandırılmasını yüksək qiymətləndiriblər.

Sonra yeni avtomobilə baxış keçirilib. Baş mühəndisin müavini Vahid Məmmədovun verdiyi məlumata görə, hazırda zavodda 6 modifikasiyada ağır tonajlı "Gəncə" avtomobillərinin yığımına başlanılıb. İlkin mərhələdə Çindən 18 avtomobilin ehtiyat hissələri gətirilib. İlin sonuna kimi isə bu rəqəmin 200-ə çatdırılacağı nəzərdə tutulur.

"Gəncə" avtomobilləri modifikasiyadan aslı olaraq 1240-2780 kq çəkilər arasında olacaq. Bu avtomobillərin qiyməti isə 6700 YAM-dən 10000 YAM-a qədərdir. Mühərrikləri 4 silindirdən ibarət olmaqla həm benzin həm də dizellə işləyir. 95 km/saat sürətlə hərəkət etdikdə yanacaq sərfi 6 litrdir. Avtomobilin uzunluğu maksimum 5,5 m, eni isə 2 metrdir.

GAZ-nun direktlru Xanlar Fətiyevin sözlərinə görə, hazırda "Gəncə" avtomobillərinin bütün hissələri Çindən gətirilərək Gəncədə yığılır. İlin sonuna kimi isə 10-12 % ehtiyat hissələrin zavodda istehsal olunacağını qeyd edən zavod direktoru əlavə etdi ki, hazırda zavodun 10 min m2 ərazisində yığım işləri aparılır. İlin sonuna kimi isə əlavə 10 min m2 ərazidə rənglənmə və qaynaq işlərinin aparılacağı planlaşdırılır.

Zavoddan verilən məlumatlara görə, gələcəkdə ağır tonaylı yük avtomobillərindən başqa zavodda "Gəncə" adında mikroavtobuslarında yığılacağı planlaşdırılır.

Xanlar Fətiyev zavodun yeni şirkətlərlə əlaqələr qurulması istiqamətində iş aparıldığını da bildirdi. Onun sözlərinə görə, Naxçıvandakı avtomobil zavodunda tikinti işləri sona çatdıqdan sonra orada "Rifan 520" avtomobilləri istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti