...

Turan Moralı: Bakı-Axalkalaki-Qars üçün tələb olunan maliyyə vəsaiti Azərbaycan və Türkiyə tərəfindən ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2006 13:24 (UTC +04:00)

Yaxın vaxtlarda tikintisinə başlanılacaq Bakı-Tbilisi- Axalkalaki-Qars dəmiryolu üçün tələb olunan maliyyə vəsaiti Azərbaycanla Türkiyə tərəfindən ortaq şəkildə ödəniləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə oktyabrın 11-də Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

Səfir bildirib ki, dəmiryol tikintisinə sərf olunacaq məbləğ təqribən 400 milyon ABŞ dolları təşkil edir. "Bu gün tikinti ilə bağlı müzakirələr aparmaq üçün Türkiyədən nümayəndə heyəti gəlib. Bu nəqliyyat yolu Azərbaycanla Türkiyə arasında həm siyasi, həm strateji, həm də iqtisadi əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradacaq" - deyə T.Moranlı qeyd edib.

Səfirin sözlərinə görə, gələcəkdə dəmiryolunun işə düşməsi ilə iki ölkə arasında yüklərin daşınması digər nəqliyyat vasitələrindən təqribən 3 dəfə ucuz başa gələcək.

Xəbər lenti

Xəbər lenti