...

Bank of Baku ASC-nin müddətli depozitləri 70,53% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2006 13:46 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində "Bank of Baku" ASC-nin aktivləri 9,56 mln. manat və ya 17,51% artaraq, 64,16 mln. (AZN) təşkil edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Fiziki və hüquqi şəxslərə verilən kreditlərin məbləği bu müddət ərzində 12,11 mln. manat və ya 41,19% artaraq, 1 oktyabr 2006-cı ildə 41,51 mln. manat təşkil edib.

Bankın öhdəlikləri 41,81 mln. manatdan 50,34 mln. manata qədər artıb. Bankın depozit portfeli 7,15 mln. manat və ya 17,95% artaraq hazırda 46,99 mln. manat təşkil edib, o cümlədən müddətli depozitlər 8,19 mln. manat və ya 70,53% artaraq, 19,82 mln. manat təşkil edib.

Bankın balans kapitalı 9 ayın nəticələrinə əsasən 13,82 mln. manata çatıb. Ümumi kapital 5,30% artaraq, 12,33 mln. manat, ödənilmiş nizamnamə fondu isə 6,80 mln. manat təşkil edib.

Cari ilin 9 ayı ərzində bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,30 mln. manat artaraq 8,30 mln. manata, xərcləri isə 44,76% artaraq 4,98 mln. manata bərabər olub. Vergilərin ödənilməsindən sonra xalis gəlir 2,07 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti