...

9 ay ərzində Minsk Avtomobil Zavodu Azərbaycana 1,5 mln. dollarlıq məhsul tədarük edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2006 20:58 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Minsk Avtomobil Zavodu (MAZ) Azərbaycana 1,5 mln. dollarlıq məhsul tədarük edib. Trend in "Belta"ya istinadən xəbər verdiyi kimi, bu barədə zavodun ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər. Keçən il ərzində müəssisə Azərbaycana 900 min dollarlıq məhsul yola salıb.

Mərkəzdən verilən məlumata görə, müəssisə Azərbaycana praktiki olaraq bütün modeldə yük maşınları tədarük edir. Hal-hazırda MAZ avtobusların tədarükünə başlamağı planlaşdırır. Keçən yazda Bakıda keçirilən avtoşou zamanı forum sahibləri "MAZ-103" markalı avtobuslara maraq göstəriblər. Mərkəzdən həmçinin qeyd ediblər ki, ardıcıl olaraq üç ildir ki, MAZ həmin avtomobil forumunda iştirak edir və müəssisənin məhsulları ən yaxşı məhsullar hesab olunur.

Cari ilin yanvar-sentyabr aylarında MAZ Br1,5 trln. dəyərində satış məhsulu buraxıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 122,2% çoxdur. 9 ay ərzində MAZ 15 676 min yük maşını (keçən ilin analoji dörü ilə müqayisədə 105,8%), 1 251 ədəd avtobus 175%) istehsal edib. Zavod həmçinin 6 156 qoşqu və yarıqoşqu (116,8%) hazırlayıb. MAZ-ın filialı olan "Moqilevtransmaş" zavodu 320 avtomobil kranı (162,4%) buraxıb.

Xəbər lenti

Xəbər lenti