Oktyabrın 26-da Bakıda "Azərbaycanın investisiya qanunvericiliyi" mövzusunda dəyirmi masa keçirilib. Tədbir İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən TACİS layihəsi çərçivəsində təşkil olunub. Trend in AZPROMO-nun məlumatına istinadən xəbər verdiyi kimi, müzakirələrdə iş adamları, Avropa və yerli ekspertlər iştirak edib.
Dəyirmi masada müzakirə olunan mövzular: "Azərbaycanda mövcud investisiya qanunvericiliyi", "İnvestisiyaların cəlb olunmasında biznes-stimulların rolu", "Sərmayədarların qanunvericiliyə tövsiyələri", "İnvestisiya qanunvericiliyi vahid ola bilərmi və ya yerli və xarici sərmayədarları ayırmaq lazımdır". Bundan başqa, AZPROMO-nun hökumətin investisiya fəaliyyətinin dəstəklənməsi üzrə fəaliyyəti ilə bağlı tövsiyələr müzakirə olunub.
Tədbirdə AB-nin TACİS proqramının ekspertləri Loran Niddam və Bəxtiyar Məmmədov iştirak edib.