Oktyabrın 27-də günün birinci yarısında Bakıda "Bakı Metropoliteni" SC-yə elektrik enerjisi verilməsi dayandırılıb. Bu isə metroda qatarların hərəkətinin müvəqqəti olaraq dayanmasına səbəb olub. Metropolitenin baş mühəndisi Elbrus Muradovun Trend ə verdiyi məlumata görə, 33 dəqiqə ərzində metropoliten öz daxili ehtiyatları hesabına qatarların hərəkətini təmin edə bilib.
O qeyd edib ki, elektrik enerjisinin verilməsi günün birinci yarısında leysan yağışları ilə əlaqədar dayandırılıb.
"Metro əməkdaşları bütün sərnişinləri çıxara bilib. Zərərçəkən yoxdur", - deyə baş mühəndis bildirib.
O əlavə edib ki, metronun fəaliyyəti tamamilə bərpa olunub. Onun sözlərinə görə, Bakı metropoliteni bu cür ekstremal vəziyyətlərə hazırdır.