Buğda və Taxıl Məhsulları İstehsalçıları Assosiasiyasının fikrincə, Rusiyadan buğda idxalı Qazaxıstan və Qara dəniz ölkələrindən ediləcək tədarüklə əvəz olunacaq. Assosiasiyanın prezidenti Arkadi Mikvabişvilinin Trend ə verdiyi məlumata görə, hal-hazırda Gürcüstanda 2,5 aylıq buğda ehtiyatı var.
"O, qurtarana qədər Qazaxıstan, Ukrayna, Rumıniya, Türkiyədən buğda gətirmək imkanı olacaq", - deyə o bildirib və qeyd edib ki, əsasən, Gürcüstanın Azərbaycandakı səfirliyi buğda almaq üçün yeni, Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutunun işə salınması ilə bağlı danışıqlar aparır.
Assosiasiya rəhbərliyinin açıqlamalarına görə, buğda tədarükçülərinin dəyişdirilməsi çörəyin qiymət artımına gətirib çıxarmayacaq. Bir neçə gün əvvəl çörəyin 5 tetri bahalaşması isə, ilk növbədə, vergi inzibatçılığının qaydaya salınması ilə bağlıdır.
Sutka ərzində Gürcüstan 1200 ton buğda istehlak edir.