...

Bakı birja fondu dövriyyə artımını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 16:44 (UTC +04:00)

Bakı Birja Fondunun (BBJ) yekun dövriyyəsi 2006-cı ilin yanvar- oktyabr aylarında bütün vasitələrlə 978,667 milyon manat təşkil edir ki, bu da keçən ilin analoji müddətdəki həcmini 280,83% geridə qoyur. Trend -in BBF-nun press-relizinə istinad olaraq verdiyi məlumata görə, ümumi həcmdən 89,48%-i dövlətin qiymətli kağızları ilə əməliyyata və onlarla rapo-əməliyyatların payına düşür. Bütün birja bazarının həcminin böyük hissəsi (61,39%) Azərbaycan Milli bankının ilkin not bazarında keçirilir. Onlarla dövriyyə 600,799 milyon manat səviyyəsində təşkil etdiyi halda, dövlətin qısamüddətli istiqraz vərəqələrində bu, 72,54 milyon manat (7,4%) təşkil edir.

Repo-əməliyyatlar 106,678 milyon manat həcmində (bütün həcimdən 10,9%-i) aparılıb. Korporativ istiqraz vərəqələri 21,878 milyon manat (2,2%), səhmlər 67,887 milyon manat dəyərində yayılıb. Korporativ bazarın səviyyəsi 10,5% (102,944 milyon manat) həcmində olub.

Xəbər lenti

Xəbər lenti