...

"Moskviç" mehmanxanasında ABB-Moskvanın əlavə ofisi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2006 15:56 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı-Moskva "Moskviç" mehmanxanasında yeni əlavə ofisini açıb. Trend in ABB-nin məlumatına istinadən xəbər verdiyi kiim, "Moskviç" mehmanxanası şəhərin şərqində, Lyublino rayonunda, "Tekstilşiki" metro stansiyası ilə yanaşı yerləşir və paytaxt qonaqlarına hər cür xidmət göstərir. "Moskviç" mehmanxanası Azərbaycan diasporunun Moskvadakı nümayəndələri üçün xüsusilə münasibdir.

"ABB-Moskva-nın əlavə "Moskviç" mehmanxanası ofisi hüquqi və fiziki şəxslərə xidmət üçün nəzərdə tutulub. Müştərilərə hesablaşma-kassa xidməti, hesab açmadan pul köçürmələri, plastik kartlar, əmanətlər, valyuta mübadiləsi də daxil olmaqla hər cür xidmət təklif olunacaq. Biznesin inkişafı üçün ərazi əlamətinə görə reklam kampaniyalarının keçirilməsi planlaşdırılır. Küçə reklamının müxtəlif növləri bankın və onun göstərdiyi xidmətlərin tanınma səviyyəsini artırmalı, müştərilərin axınına şərait yaratmalıdır.

Lyublino - Moskva şəhərinin kütləvi tikintinin aparıldığı mərkəzlərindən biridir. Son illər ərzində rayonun infrastrukturu və əhalisi xeyli artıb. Bu gün rayon sakinlərinin bank xidmətlərinə böyük tələbatı var.

Bu qədər iri rayonda ABB-Moskva-nın açılması ilk növbədə şəxsi əməliyyatların həcminin artırılması və rayon sakinlərinə tələb olunan bank xidmətlərinin göstərilməsi baxımından mühümdür.

ABB-Moskvanın yeni ofisi Moskva regionunda şəbəkənin inkişaf və xidmətlərin potensial müştərilərin toplaşdığı yerlərə yaxınlaşdırılması strategiyası çərçivəsində açılıb.

Xəbər lenti

Xəbər lenti