Noyabrın 16-na olan vəziyyətə görə, Azərbaycan Vergilər Nazirliyi 145324 obyektdə vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin press-relizinə istinadən məlumat verir ki, qanun pozuntu faktları 34073 obyektdə aşkar edilib. Nəticədə qanun pozuntularına yol vermiş obyektlərə 3 080 649 AZN məbləğində inzibati cərimə kəsilib.
Bakıdakı vergi reydləri nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş çeklərinin alıcılara təqdim edilməsi, yəni əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı keçirilir.