...

Türkiyənin Standartlar İnstitutunun rəhbəri Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 14:07 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Türkiyənin Standartlar İnstitutunun rəhbəri Kərim Malatyalı Bakıya gəlib.

Onun sözlərinə görə, ölkəyə səfərində əsas məqsəd Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakriə etməkdən ibarətdir.

"Bizim qədim əməkdaşlıq tariximiz var. Bundan sonra biz digər sahələrdə olduğu kimi, bu əməkdaşlığı da inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq niyyətindəyik" - deyə institut rəhbəri vurğulayıb.

K.Malatyalı onu da qeyd edib ki, Türkiyə Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır və əgər məqsədəuyğun olarsa, bu əməkdaşlığı möhkəmləndirmək üçün tərəflər arasında müəyyən sazişin imzalanması da mümkündür.

"Biz həm də ÜTT-nin Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması tələblərinin yerinə yetirilməsi istiqamətində Türkiyənin ölkəyə yardım göstərməsi ilə bağlı məsələni müzakirə edəcəyik" - deyə o sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti