...

2007-ci ildən Azərbaycanda sərnişindaşıma bütünlüklə vergiyə cəlb olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2006 18:17 (UTC +04:00)

Trend-i buradan izləyin

Trend məlumat verir ki, Vergilər Nazirliyi sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrindən vergi gəlirlərinin artmasını təsdiq edir. Vergilər naziri Fazil Məmmədovun verdiyi məlumata görə, gəlirlərin artmasına 2006-cı ildən fərqləndirmə nişanlarının tətbiq olunması səbəb olub.

Onun sözlərinə görə, yarım il ərzində sərnişin daşıyıcılarından vergi tutulmaları keçən ilin analoji mərhələsi ilə müqayisədə 8 dəfə artaraq 6 milyard köhnə manat həcmində olub.

"Bu vaxta kimi bu sektordan hər il cüzi məbləğ - 2 milyard köhnə manat (400 min yeni manat) daxil olurdu. Bizi yarım ilin göstəriciləri təmin edir və gələn ildən sərnişin daşımalarını bütünlükdə vergiyə cəlb etməyə ümid edirik. Bu istiqamətdə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edirik və bütün problemlər hissə-hissə həll olunur ". Bunu nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti