...

Azərdəmiryolbank-ın plastik kart biznesi Visa International sisteminin diqqətinə layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 16:56 (UTC +04:00)

Azərdəmiryolbank ASC Azərbaycanda plastik kart biznesinin inkişafına verdiyi töhvəyə görə Visa International beynəlxalq ödəniş sisteminin diplomuna layiq görülüb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Diplomun təltif edilmə mərasimi noyabrın 29-da Bakıda keçirilib. Burada Visa sisteminin Mərkəzi Avropa, Yaxın Şərq və Asiya ölkələri üzrə şöbə nümayəndələri ölkənin Visa kartlarının buraxılışı üzrə milyon həddini keçməsinə həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, "Azərdəmiryolbank" 2003-cü ildə Visa International sisteminin prinsipial üzvü statusunu alaraq, Azərbaycanda bu sistemin ilk tamhüquqlu tərəfdaşlarından biri olub.

"Azərdəmiryolbank" SB Azərbaycanda ilk olaraq 2006-cı ilin noyabr ayından Visa plastik kartlarını buraxmağa başlayıb. 1 yanvar 2007-ci il tarixindən bank çip kartların buraxılışına başlayır.

Xəbər lenti

Xəbər lenti