Bu gün Bakıda Gürcüstanın baş naziri Zurab Noqaideli Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolu əlaqəsinin açılması layizhəsinin reallaşdırılması üzrə danışıqlar aparıb. Trend məlumat verir ki, bu layihə üzrə nəqliyyat nazirləri səviyyəsində işçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunub.
Onun sözlərinə görə, 2007-ci ildə Gürcüstan bilavasitə tikinti və bu layihə çərçivəsində reabilitasiya işlərinə başlayacaq.
O deyib: "Hazırda layihələşdirmə işləri gedir. 2007-ci ilin I rübündə maliyyələşdirmə məsələsi bütövlükdə həll olunacaq".
Bu layihənin reallaşdırılmasına Azərbaycan tərəfinin kredit ayırması məsələsinə toxunaraq o bildirib ki, bu da 2007-ci ilin I rübündə həll olunacaq.
"Bu vəsait hesabına Gürcüstan ərazisində dəmir yolunun 2 hissəsində işlərin həyata keçirilməsi ehtimal olunur. Onlardan birində 2007-ci ilin II rübündə reabilitasiya başlanacaq, ikinci sahə isə tikiləcək"- deyə gürcü baş naziri vurğulayıb.
Bu nəqliyyat dəhlizi üzrə əsasən Qazaxıstandan, Çindən və Rusiyadan yüklər göndəriləcək. Bu ilin avqustunda Qazaxıstanda nazirlərin görüşü zamanı Qazaxıstan tərəfi də bu dəhliz üzrə 10 milyon tondan az olmayaraq yük tədarükü vəzifəsini öz üzərinə götürüb.
Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolu nəqliyyat dəhlizinin yaradılması üzrə layihə uzunluğu 98 km olan və bunun 68 km-i Türkiyənin, 30 km-i Gürcüstanın payına düşən Kars-Axalkalaki dəmir yolu budağının tikintisini də özündə əks etdirir.
Eyni zamanda müəyyən yenidənqurma Axalkalaki-Tiflis hissəsində də lazımdır. Layihənin orta qiyməti 400 milyon dollar qiymətləndirilir.